\
29 Mart 2024 - Cümə

Kamil Zeynallı yardım uman ailəni sevindirdi - "Videonu görəndə yuxum qaçdı" - VİDEO

Kamil Zeynallı yardım uman ailəni sevindirdi - "Videonu görəndə yuxum qaçdı" - VİDEO
3633baxış

Mediapress.az-ın məlumatına görə, dünən sosial şəbəkələrdə Sumqayıtda yaşayan bir gənc xanım göz yaşları içərisində düşdüyü ağır durumla bağlı açıqlama verib. Belə ki, kolbasa sexində çalışan iki övlad anası sexin bağlandığını, hazırda işsiz qaldığını, çörəkpuluna ehtiyacı olduğunu bildirib. Maddi vəziyyətdən son dərəcə əziyyət çəkən tənha qadın ağlayaraq kömək istəyib.

Vəziyyətdən xəbər tutan tanınmış idmançı Kamil Zeynalov səhər açılan kimi dərhal həmin qadının ünvanını tapıb.

“50 nəfər İnstagram hesabıma bu xanımın müraciəti ilə bağlı olan videonu göndərmişdi. Yuxum qaçdı, yata bilmədim. Nömrəsini də göndərmişdilər, yəqin tanışlarından idi. Tezdən 6-ya qalmış evdən çıxıb gəldim Sumqayıta. O xanımın ünvanını tapdım, nə lazımdırsa, gətirdim”, - deyə açıqlama verən K.Zeynallının karantin bitənə kimi ailənin bütün ehtiyaclarını ödəyəcək.

Günel Aylin