\
23 Oktyabr 2024 - Çərşənbə

Elnarə Xəlilova: "Hamilə deyiləm, rahatlaşın!" - EKSKLÜZİV

Elnarə Xəlilova: "Hamilə deyiləm, rahatlaşın!" - EKSKLÜZİV
1958baxış

"Ağızlarına gələni yazmasınlar"

Müğənni Elnarə Xəlilovanın sosial şəbəkədə paylaşdığı fotoda qarnının böyük görünməsi izləyiciləri arasında sual yaradıb. Hər kəs onun yenidən hamilə olduğunu yazıb.

Müğənni Mediapress.az-a haqqında gəzən söz-söhbətlərlə bağlı bunları bildirdi:

- Hamını narahat edir, deyəsən. Ancaq bilsinlər və rahatlaşsınlar ki, hamilə deyiləm. Ağızlarına gələni yazmasınlar. Sosial şəbəkə camaatın şəxsi işlərinə burun soxmaq üçün deyil. Şəkildir paylaşılıb, fikrini normal, etik şəkildə bildir. Yox, əgər buna mədəniyyətin çatmırsa, otur yerində! 

Şəlalə Nəriman