\
24 Noyabr 2024 - Bazar günü

“Ufak tefek cinayetler” serialının rejissoru Bakıya gəlir

“Ufak tefek cinayetler” serialının rejissoru Bakıya gəlir
1739baxış

Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib.

Mediapress.az xəbər verir ki, aprelin 03-də saat 19-00-da Nizami Kino Mərkəzində keçiriləcək seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşəcək, seminarda iştirak edən incəsənət adamlarının suallarına cavablandıracaq.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin binasında yerləşən AF Media İncəsənət məktəbinə qəbul davam edir. İncəsənət Məktəbində tanınmış türk rejissorları tərəfindən aktyorluq dərsləri keçirilir. 

Könül AYPARA