Lalə və Röya küsülülüyə son qoydular - növbəti instaqram barışığı
Şou-biznesdə növbəti barışıq baş tutub.
Musavat.com xəbər verir ki, əməkdar artistlər Lalə Məmmədova ilə Röya Ayxan barışıb. Belə ki, Lalə “İntagram” səhifəsində küsülü həmkarı Röya Ayxan və müğənni Elnarə Xəlilovanın arxiv fotosunu paylaşıb.
“Necə də maraqla başımızı aşağı salıb baxırıq. Elnarə, bizə nə göstərirdin? Ağızaçıq qalmışıq, konserti də unutmuşuq” şərhini yazıb və ifaçıları işarələyib. Röya isə fotoya laqeyd qalmayıb və “Saç düzümümdən bilinir ki, hələ ərdə deyildim” şərhini yazıb.
Daha sonra Məmmədova həmkarı ilə barışdığını izləyicilərinə açıqlayıb.
Qeyd edək ki, L.Məmmədova “Qonaq gəl bizə” verilişində Röyaya başqa janrda oxumağı təklif etdiyini demişdi. “Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”, - deyərək Məmmədovaya sərt cavab vermişdi.
Lalənin Röya və İradə qalmaqalında İradənin tərəfini tutması münasibətləri daha da korlamışdı.