\
23 Noyabr 2024 - Şənbə

Həyat yoldaşı Gülay Kamil Zeynallının həbsinə belə reaksiya verdi (FOTO)

Həyat yoldaşı Gülay Kamil Zeynallının həbsinə belə reaksiya verdi (FOTO)
4402baxış
Xəbər verdiyimiz kimi, tanınmış idmançı Kamil Zeynallı həbs edilib.
 
Mediapress.az "Ölkə.Az”a istinadən xəbər verir ki, idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı məsələ ilə bağlı jurnalistlərin suallarını cavabsız qoysa da, gecə "İnstagram”da foto yayımlayaraq, baş verənlərə reaksiya verib.
O, əllərini göyə açaraq, dua edən qadın əllərinin görüntüsünü paylaşaraq bu sözləri qeyd edib.
 
"Allah qəlbləri görub, onu mukafatlandıran Allahdır.
 
Sənin, o insanın nə çəkdiyini bilmədiyin halda, o insanın hansı yükü daşıdığını, yorulub yıxılıb durduğunda, ona yolun sonuna kimi dözum verən Allahdır.
Allah dualarimizi qebul etsin”,- müğənni qeyd edib. İzləyicilər isə tezliklə idmançının azadlığa çıxması üçün dua etdiklərini yazıblar.
 
Qeyd edək ki, Kamil Zeynallı karantin qaydalarını pozduğu üçün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.