\
23 Noyabr 2024 - Şənbə

Türk sevgilisi Adriana Limanın gizlinlərini açdı...

Türk sevgilisi Adriana Limanın gizlinlərini açdı...
1774baxış

 Mediapress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yazıçı Metin Hara Güneri Civaoğlunun CNN Türk kanalında apardığı “Şeffaf Oda” proqramının qonağı olub. Metin “Victorias Secret” modeli Adriana Lima ilə necə tanış olması haqqında danışıb.

"Bu günə qədər haqqımızda yazılanların çoxu doğru deyil. Onlar həyatım və varlığımla bağlı doğruları əks etdirmir. Adrianın sevgilisi olmağın qibtə ediləcək bir şey olduğunu düşünmürəm. Lakin bu dövrdə bu qədər fərqli olmağımıza, aramızdakı uzaq məsafəyə və xoşagəlməz xəbərlərə baxmayaraq, sevgimizin davam etməsi çox dəyərlidir. Bu günə qədər ayrıldığımızla bağlı bir neçə dəfə xəbər çıxdı, hətta hamiləlik iddiaları ortaya atıldı. Bütün bunlara baxmayaraq münasibətimizi davam etdiririk. Heç vaxt ayrılmadıq. Məni tanıyanların ürəyinə güvənirəm. Xarici mətbuatda da münasibətimizə diqqət böyükdür. Amma oradakı xəbərlər Türkiyə mətbuatındakı kimi sərt deyil. Məsələn, xarici mətbuatda haqqımızda “Onlar birlikdə çox şən görünürdülər” yazılır.

Bu günə qədər mənim və qarşımdakı insanın etibarını zədələyəcək minlərlə xəbər istehsal edilib. Elə xəbərlərin heç birində bu insanlar bir-birinə aşiqdir deyilmədi. Amma məhəbbətin, saflığın, gözəlliyin qazanacağını göstərmək üçün geri addım atmayacağıq. Qarşımdakı insan da bu məsələlərdə olduqca təcrübəlidir. Odur ki, nə olursa olsun, biz xoşbəxtik".

Hara kitabı çıxandan sonra tez-tez Los-Ancelesə getdiyini, orada bir çox iş adamı, aktyor və görkəmli sənət adamı ilə tanış olduğunu və 4 il bu insanlarla işlədiyini deyib. Beləliklə də şanı-şöhrəti Adriana Limaya çatıb. Hara Limanın onun yanına məsləhətçi kimi deyil, sadəcə tanış olmaq üçün gəldiyini bildirib:

“Adriana Lima adımı eşidəndən sonra meneceri vasitəsilə mənimlə əlaqə saxladı və bu sayədə tanış olduq. O, İstanbulda uçuş saatına gecikmişdi, bu hadisə də bizim yaxından tanış olmağımıza vəsilə oldu. O vaxt insanlara “alovda yerimə” dərsini verirdim, üzüm-gözüm qapqara idi. Daha sonra bir-birimizi tanımaq şansımız oldu".(publika)