Məşhur azərbaycanlı bloqerin avtomobilini saxlayıblar - Rusiyada
1304
Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənovun avtomobili RF İstintaq Komitəsinin maşını kimi rəngləndiyi üçün saxlanılıb.
Mediapress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.
Bahalı avtomobillər həvəskarının "Land Cruiser"inə RF İstintaq Komitəsinin işarələri yapışdırılıb.
Ancaq sükan arxasında Həsənov yox, onun sürücüsü olub. Bloqer sevimli "Galik"ində (Mercedes benz G Class) olub.
Sürücüyə protokol yazılıb, həmçinin maşından bütün işarələrin silinməsi barədə göstəriş verilib.
Qeyd edək ki, Hüseyn Həsənovun "Instagram" hesabının 14 milyondan çox izləyicisi var.