\
23 Noyabr 2024 - Şənbə

Hülya Avşar: “Evlilik qadınla kişi arasında xoşbəxtliyi pozur”

Hülya Avşar: “Evlilik qadınla kişi arasında xoşbəxtliyi pozur”
1831baxış

Hülya Avşar aşiq olarsa, həmin şəxslə vətəndaş nikahında yaşamaq istədiyini etiraf edib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni, aktrisa və aparıcı Hülya Avşar dünən dostu Mengü Asasagun və Levent Cengizhanın nikah şahidi olub.

“Özüm evlənmirəm, heç olmasa nikah şahidi olum” deyə zarafat edən Avşar qızı vətəndaş nikahında yaşamaq istədiyini də dilə gətirib:

“Çoxdandır ki, bu masaya oturmurdum, lakin filmlərdə çox olub. Yuva qurmaq həqiqətən də çox gözəldir. Düşünürəm ki, bəlkə birini taparam, kimsə qarşıma çıxar... Amma məndə haradadır o bəxt?”.Mediapress.az

Daha sonra müğənni gəlindən çiçəyi ona atmağı xahişı edib:

“Niyə evlənim ki, sevgilim olarsa, onunla yaşayaram. Heç evlənməsə idim və uşağım olmasa idi, nikah masasına oturardım. Düzü qarşımdakı insana huzur verəcəyimi düşünmürəm. Evlilik qadınla kişi arasında xoşbəxtliyi pozulur və səhhətimizdə problemlər yaranmağa başlayır”.

 

Mediapress.az