Türkiyənin tanınmış rejissoru master-klass dərsi keçdi - Nizami Kino Mərkəzində - FOTOLAR
Mediapress.az xəbər verir ki, Azərbaycanda AF Media İncəsənət məktəbinin açılışında iştirak etmək üçün “Cəsur və Gözəl”, “Medcezir”, “Ufak tefek cinayetler” seriallarının və “Delibal” filminin rejissoru Ali Bilgin Bakıya dəvət edilib.
Dünən saat 19-00-da Nizami Kino Mərkəzində keçirilən seminarda Ali Bilgin, Türkiyədəki serial və film sektorunda baş verən proseslər haqqında təcrübəsi ilə bölüşdü, seminarda iştirak edən incəsənət adamlarının, həmçinin jurnalistlərin suallarına cavablandırdı. Bundan başqa, məsləhətlərini də verdi.
Qeyd edək ki, Nizami Kino Mərkəzinin binasında yerləşən AF Media İncəsənət məktəbinə qəbul davam edir. İncəsənət Məktəbində tanınmış türk rejissorları tərəfindən aktyorluq dərsləri keçirilir.
Könül Aypara
Günel Ayxan