\
19 Aprel 2024 - Cümə

Elvis Preslinin nəvəsi intihar edib

Elvis Preslinin nəvəsi intihar edib
1057baxış

Məşhur amerikalı musiqiçi Elvis Preslinin nəvəsi Benjamin Kionun meyiti ABŞ-ın Kaliforniya ştatının Kalabasas şəhərindəki evində tapılıb.

“Report” xəbər verir ki, bu barədə TMZ portalı gəncin anasının menecerinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 28 yaşlı müğənni başına güllə vuraraq intihar edib.

Benjamin Kio Elvis kimi musiqiçi idi və babasına çox bənzəyirdi. Amma onun həyatı haqqında mətbuata çox az şey məlumdur.