\
20 Aprel 2024 - Şənbə

Hacı Nuran Nəzakət Teymurovaya can sağlığı arzuladı

Hacı Nuran Nəzakət Teymurovaya can sağlığı arzuladı
2340baxış

Xeyirxah əməlləri ilə tanınan tanınmış teleaparıcı Hacı Nuran Xalq Artisti Nəzakət Teymurovanın koronavirusa tutulmasından təəssüfləndiyini bildirib:

"Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi ... Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı ... İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova ilə bağlı oldu ... Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım ... Axı Nəzakət Teymurova çox ehtiyatlı idi ... Amma nə edəsən ki, reallıq öz sözünü deyir ... Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır ... Hazırda xəstəxanaya yerləşdirilib ... Amma necə olursa olsun, onun virusa qalib gələcəyinə əminəm ... Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz ... Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var ... Allah səni sevdiklərin üçün qorusun, gözəl insan ... ALLAH ŞƏFA VERSİN!"