Nura Suri: "DİN-in haqqımda yaydığı məlumat həqiqıətəuyğun deyil!" - "Onları məhkəməyə verəcəm!" EKSKLÜZİV - VİDEO - FOTOLAR
Daxili İşlər Nazirliyi müğənni Nura Surinin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları sürücü Nura Suri və köməkçisini karantin qaydalarını pozduqları üçün cərimələyiblər.
Baş vermiş hadisə ilə bağlı Nura Suri ilə əlaqə saxladıq. Müğənni Mediapress.az-a bildirdi ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumat həqiqətəuyğun deyil!
“Girin xahiş edirəm mənim səhifəmə, “İnstagram” və “Facebook”-a. Əgər doğrudan da vicdanlı jurnalistsinizsə, hamınız haqqı bilirsinizsə, xahiş edirəm, nə görmüsünüzsə, onu da yazın. Mən bu dəqiqə paylaşmışam, mən istirahətdəyəm, yoxsa mən iki gündür yetim-yesirə yardım paylayıram. Bir də girin səhifəmə. DİN-ə də zəng vurun, bunları deyin”, - deyən müğənni xanım özünün də, köməkçisinin də ölkədaxili icazəsi olduğunu da əlavə etdi.
“Biz heç yerdə olmamışıq. Video da çəkib paylaşmışam. Bizi yolda saxlayıblar. Heç bir istirahət mərkəzində olmamışıq. Ümumiyyətlə, mən hal-hazırda həyatımın ən böyük şokunu yaşayıram. Həyatımda hələ belə bir şey görməmişəm. Filmlərdə görmüşəm insanı göz görə-görə belə şərləsinlər. Bütün Azərbaycan xalqının gözü önündə - hansı istirahət mərkəzi, bu nə yazıdır? Bu nə açıqlamadır? Bu nə təşvişdir? Bunlar nəyin qorxusudur? Onlar bilirlər ki, məni şərləyirlər. Onlar bilirlər səhv ediblər! Onlar bilirlər mən onları məhkəməyə verəcəm! Çünki onlara dedim ki, məhkəməyə müraciət edəcəm! Və bu işgüzar nüfuzuma xələl gətirmədir. Bu artıq başqa bir maddədir. Yəni bu insanlar məni şərləyiblər, işgüzar nüfuzuma xələl gətirməklə məşğuldurlar. Polis bunu edə bilməz e! Polis məni qorumalıdır! Polis məni cinayətkardan qorumalıdır. Polis millətini qorumalıdır. Millətinə yardım edən xanımını şərləməməlidir! Onu bu vəziyyətə gətirib salmamalıdır. 12 yaşlı uşağıma stress yaşatmamalıdır. Bunu polis əməkdaşı edə bilməz! Əgər bunu polis əməkdaşı edirsə, sabah istənilən bir insan istənilən bir insana pislik edə bilər, şər ata bilər, böhtan ata bilər. Bu, mümkünsüzdür!”
Xatırladaq ki, DİN-dən "Qafqazinfo"ya daxil olan məlumatda deyilir:
"İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.
Sürücü Bakı şəhər sakini Aynurə Surinin və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin rejimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib.
Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunmuşlar".
Hazırladı: Anar İbrahimli