Xalq artisti Məleykə Əsədovanın ailəsində xoş gün qeyd edilib.Xalq artistinin bacısının oğul nəvəsi dünyaya gəlib. Bu barədə Məleykə Əsədova özü açıqlama verib:"Dünən gecə saatlarında ailəmizin bir üzvü artdı. Allah tərəfindən bizim ailəyə sevinc gətirdi. Məndən böyük bacımın oğul nəvəsi oldu. Anamın adını daşıyan bacım qızı Mahinur səni və yoldaşıniı ürəkdən təbrik edirəm! Bəxtli övlad olsun! Həyat yolu hər zaman sağlam canla yaşıl işığa bürünsün! Ən yaxın dostu Aqil olsun! Atalı - analı böyüsün! Vətənə layiq igid övlad olsun inşaAllah! Balamızın ayağı ailəyə düşərli olsun! Gözünüz aydın olsun! Allah bütün ailələrə körpə sevinci, gülüşü qismət etsin! Amin!"