\
26 Aprel 2024 - Cümə

Azad Şabanov da toyda imiş! - FOTO - CƏRİMƏLƏNDİ - FOTOLAR

Azad Şabanov da toyda imiş! - FOTO - CƏRİMƏLƏNDİ - FOTOLAR
4988baxış

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar arasında müğənni Azad Şabanov da olub.  

Mediapress.az-ın məlumatına görə, həmin məclisdə iştirak edən digər şəxslərlə yanaşı, Azad Şabanov da polis əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə cərimə edilib.

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. 

Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.