Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub
2753
Əməkdar artist Lalə Məmmədovanın bacısı koronavirus infeksiyasına yoluxub.
Bu haqda axşam.az-a açıqlamasında müğənni özü məlumat verib. O bildirib ki, virus onun da ailəsindən yan keçməyib:
"Bacım və övladları koronavirusa yoluxdular. Şükür, indi yaxşıdılar".
Karantin boyunca heç bir efirə qatılmayan Məmmədova bütün gününü övladları ilə keçirdiyini deyib:
"Həmin ərəfədə yalnız övladlarım və ailəmlə oldum. Dəvət edirdilər, sadəcə, ruh halım o deyildi. Bağımda, ailəmlə birlikdə oldum. Bu günümüzə də şükür".
L.Məmmədova ölkə başçısının hədiyyə etdiyi evdən də söz açıb. O bildirib ki, evin təmir işləri artıq başa çatıb:
"Hələ köçməmişəm".