\
23 Oktyabr 2024 - Çərşənbə

Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB - “Nəslinizin yeddi qatından...”

Röyadan Tolikin söyüşlərinə KƏSKİN CAVAB - “Nəslinizin yeddi qatından...”
1746baxış

Xəzər TV-də veriliş aparan prodüser Tarix Əliyev (Tolik) Röyanın ünvanına söyüşlər deyib. Kadr arxasında baş verən bu hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Tolikin uşaqların da olduğu çəkiliş meydançasında təhqiramiz ifadələr səsləndirməsi kəskin tənqidlə qarşılanıb.

Röya bu hadisəyə münasibət bildirib. Müğənni deyib ki, məlum videoya görə telefonuna çoxlu zənglər gəlib:

“Telefonum dağılır... Buradan hamıya cavab verirəm. Pərdə arxası hər şey olur, adam ən əzizinə belə əsəbdən "əşşi, qələt edir filankəs" deyərək reaksiya verir. Bir sözlə, bunu yayan adamın tərbiyədən, əxlaqdan nə qədər uzaq olduğu artıq aydındır. Unutmayın, elə adamlar var ki, siz onu ədəb-ərkanlı tanıyırsınız, amma pərdə arxasında... Onların yanında mən belə toya getməliyəm. Tarix Əliyev kef elə, ancaq hər yerdə diqqətli ol! Həmişə deyirdim, amma qulaq asmırdın, indi yəqin ki, çatdı niyə bunu deyirdim”. (publika)

Mediapress.az