Azərbaycanlı müğənni ilə türk DJ birgə ərsəyə gətirdikləri mahnı - "Allah versin" Eksklüziv - VİDEO
1225
Türkiyəli DJ Hakan İşıkın azərbaycanlı gənc ifaçı Kayla ilə işbirliyi əsasında yeni bir mahnı ərsəyə gəlib.
"Allah versin" adlı mahnının musiqisi və sözləri Yalçın Polata məxsusdur.
Mediapress.az-ın eksklüziv məlumatına görə, klip "Sipan Babur Productions"ın Youtube səhifəsində təqdim edilib.
Qeyd edək ki, son üç həftə ərzində klipə 1 milyon 103 759 min baxış sayı olub.
Əlavə edək ki, "Sipan Babur Productions" şirkəti 1999-cu ildən fəaliyyət göstərir. Bu müddət ərzində yerli və tanınmış dünyaşöhrətli şou-biznes ulduzları ilə işbirliyi olub. 2011-ci ildə professional DJ-liklə məşğul olan Hakan Avstriya və Türkiyədə yaşayıb-yaradır. 21 yaşlı həmyerlimiz Kayla isə səhnəyə ilk addımlarını atır. Ona uğurlar arzulayırıq!
Hazırladı: Anar İbrahimli