Qarabağ separatçıları üçün konsert verən rusiyalı müğənni polisə çağırıldı
1494
Rusiya müğənnisi Yulia Çiçerina dindirilmək üçün Moskva vilayəti Klin şəhərinin Cinayət Axtarışı Xidmətinə çağırılıb.
Virtualaz.org bildirir ki, bu barədə sənətçinin çağırış vərəqinə istinadən TASS xəbər yayıb.
Müğənninin sorğu-suala çağırılmasının səbəbi dəqiqləşdirilmir. Çiçerinanın mətbuat xidmətindən bildiriblər ki, o, polisə gələ bilməyib, çünki Rusiyanın hüdudlarından kənardadır.
"Hələlik bundan artıq heç nə deyə bilmərik, yanvarın 3 - dən sonra ətraflı şərh verəcəyik", - deyə oradan bəyan ediblər.
Qeyd edək ki, Dağlıq Qarabağdakı müharibə zamanı Yulia Çiçerina münaqişə bölgəsinə gəlmiş və Qarabağ separatçıları üçün konsertlər vermişdi.
O həm də çoxsaylı anti-Azərbaycan açıqlamaları ilə tanınır.