“Nə əxlaqın var, nə də insanlığın” - Məlahət Abbasova Röyanı sərt şəkildə tənqid etdi
1803
Əməkdar incəsənət xadimi Məlahət Abbasova Xalq artisti Röya Ayxanı sərt şəkildə tənqid edib:
"Dekabrın 31-də elə bil şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma durub evində rəqs edib paylaşmırlar. Bu, ayıbdır. Xalqın gözünün içinə soxmaq lazım deyildi. Belə həssas bir vaxtda bu hərəkətin səni gözdən saldı. Həm də ağdamlıyam deyirsən. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə insanlığın. Özü də anasan”.