\
23 Noyabr 2024 - Şənbə

Röyanın vaksin vurdurmasına Nazirlikdən REAKSİYA - "Tədbir görülməlidir"

Röyanın vaksin vurdurmasına Nazirlikdən REAKSİYA - "Tədbir görülməlidir"
1807baxış

Səhiyyə Nazirliyi:

“Özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür. Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa, bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.