Röya ilk dəfə xəstəliyindən danışdı: "Dörd ildir dərman içirəm"
1704
Xalq artisti Röya Ayxan ilk dəfə səhhətində yaranan problemdən danışıb.
Mediapress.az xəbər verir ki, Xalq artisti bu barədə “ATV maqazin onlarla” proqramının 33 sual rubrikasına qonaq olarkən açıqlama verib.
Müğənni ağır xəstəliyi olması barədə məlumatı təsdiqləyib:
“Müalicə alıram. Pis deməyək ki, pis olmasın. Dörd ildir ki, dərman içirəm. Qadına aid bir problemdir, həll etməyə çalışırıq. Düzəlməsə də belə davam edəcək. Yaxşıyam. Həyatımda bir oğlum, bir mən və bir də dərman var.
Bir gün içməsəm, 8-10 gün davamlı müalicə almalıyam ki, ağrılarım keçsin. Səhv olmamalıdır, hər şeyə riayət olunmalıdır”.