Baloğlan Əşrəfov vəfat etdi
1714
Koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.
Mediapress.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev (Tolik) məlumat yayıb.
O, 69 yaşında dünyasını dəyişib.
B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdu. Sənətçi yaşı səbəbindən xəstəliyi ağır keçirirdi.
O, 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Allah rəhmət eləsin!