Bayram Kürdəxanılının anası da vəfat etdi
1692
Mediapress.az xəbər verir ki, mərhum tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) anası 1934-cü il təvəllüdlü Səkinə Quliyeva dünyasın dəyişib.
Səkinə Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasın dəyişib.
Mərhum bu gün saat 14:00-da Kürdəxanı qəbiristanlığında, oğlu Bayram Kürdəxanılının yanında dəfn olunacaq. Xatırladaq ki, ötən ilin avqust ayının 23-də toy mərasimindən evə qayıdan meyxana ustası Kürdəxanı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.
Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. (unikal.orq)