\
23 Noyabr 2024 - Şənbə

Azərbaycanlı aparıcı xərçəngdən əziyyət çəkir - Əməliyyat olundu

Azərbaycanlı aparıcı xərçəngdən əziyyət çəkir - Əməliyyat olundu
1026baxış

Aparıcı, vəkil Zülfiyyə Bayramova əməliyyat olunub. Mediapress.az  məlumatına görə, bu haqda o, özü xəbər verib. Bildirib ki, mədəsində şiş olduğu üçün bıçaq altına yatıb:

“Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni ondan xilas edəcəyini deyən gülərüz həkim çıxır. Heç bir xəstəlikdən qorxmayın. Xəstəlik it kimidir, qorxsan üstünə gələcək, üstünə getsən qaçacaq. Ağır onkoloji əməliyyatım 4 saat çəkdi”.