\
22 Noyabr 2024 - Cümə

Pərəstişkarı hadisəyə problem yaratdı

Pərəstişkarı hadisəyə problem yaratdı
1887baxış

Son günlərdə şəxsi həyatı ilə gündəmdə olan Hadisənin obsesif pərəstişkarı ilə problem yaşadığı ortaya çıxıb.

Tarik U. adlı bir şəxs müğənninin yaşadığı əraziyə gələrək təhlükəsizlik işçilərindən Hadisə barədə soruşub. Mediapress.az xarici mətbuata istinadən xəbər veriri ki, istədiyi cavabı ala bilməyən gənc gecə saatlarında yenidən məkana qayıdıb. Təhlükəsizlik işçiləri vəziyyəti Hadisəyə bildirib.

Müğənni polis bölməsinə gedərək şikayətçi olub. Sabahdakı xəbərə görə, Hadisə əvvəlcə məmurların söylədiklərinə əhəmiyyət verməyib. Ancaq Tarık Ü. qapını izləməyə başlayıb. Vəziyyətin ciddiliyini anlayan müğənni polis bölməsinə gedərək ərizə yazıb. Gəncə qarşı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.