Xalq artisti teatrın rəhbərliyini məhkəmə verdi - "Problem pulda deyil..."
1573
Rusiyanın xalq artisti, balerina Anastasiya Voloçkova Böyük teatrın rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Mediapress.az xəbər verir ki, bununla bağlı məlumatı aktrisa instagramda yerləşdirib. "Mən teatr rəhbərliyinin özbaşınalığından təngə gəlmişəm. Həqiqət uğrunda sona kimi mübarizə apacağam" deyə yazıb. Eks-prima teatrdan onu qanunsuz çıxardıqlarını, heç bir pensiya vermədiklərini də deyib: "Problem pulda deyil, şərəf və ləyaqətin qorunmasından gedir".