Rəqsanənin qızı bağçanın həkimi ilə bağlı yazışmaları yaydı - ŞOK! - FOTOLAR
Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva haqqında yeni iddialar ortaya çıxıb.
Bununla bağlı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz sosial media hesabında yeni paylaşım edib. Belə ki, izləyicilərdən bir neçəsi Aysuna baş həkimə pul verdikləri haqqında mesajlar yazıblar. Onlar adıçəkilən uşaq evindən övladlığa uşaq götürmək istəyərkən qarşılığında pul tələb olunduğunu bildiriblər. Hətta bunun üçün N.Əliyeva onlardan 10 min manata qədər pul istəyir.
Qeyd edək ki, Aysun İnstaqram hesabında Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobillə başqa yerə daşınması ilə bağlı görüntülər paylaşıb. Baş həkimin onun iddialarını rəd edib və Aysunu məhkəməyə verəcəyini deyib. Bundan sonra qalmaqal daha da böyüyüb və Aysun N.Əliyeva ilə bağlı yeni görüntülər yayıb. (axsam)