\
23 Noyabr 2024 - Şənbə

Cici Hadid “Vogue” jurnalındakı şəklinə görə üzr istədi - FOTOLAR

Cici Hadid “Vogue” jurnalındakı şəklinə görə üzr istədi - FOTOLAR
1144baxış

İtaliyanın dünyaca məşhur “Vogue” jurnalının may nömrəsi yenicə işıq üzü görüb. Bu ay jurnalın üz qabığında 23 yaşlı məşhur model Cici Hadidin şəkli verilib. Lakin modelin fotoşop olunmuş şəkli dərhal tənqidlərə tuş gəlib. Məşhur bu şəklə görə üzr istəməli olub. O, Twitter. Səhifəsində belə bir tvit bölüşüb: “Başa düşün, mən çəkiliş prosesinə nəzarət etmirəm. Bronzlaşdırma və foto-şop müəllif Stiven Klyaynın məşhur stilidir. O, uzun illərdir öz çəkilişlərində bu üsuldan istifadə edir. Onun başlıca məqsədi məni fərqli formada, kreativ göstərmək olub. Nəticə bir o qədər də düzgün alınmayıb və tənqidlər haqlı olub. Mən bu şəklə görə özünü təhqir olunmuş sayan hər kəsə müraciət etmək istəyirəm. Çəkiliş prosesinə özüm nəzarət etsəydim, nəticə başqa cür olardı. Ümidvaram ki, bu hal gələcəkdə digər jurnallara da dərs olacaq”.

Mediapress.az