\
23 Aprel 2024 - Çərşənbə axşamı

"Survivor"ın qalibi Bakıdadır - FOTOLAR

"Survivor"ın qalibi Bakıdadır - FOTOLAR
1528baxış

Türkiyənin məşhur "Survivor" yarışmasının qalibi, müğənni-aktyor Cemalcan Cansevən şənbə günü Azərbaycana gəlib.

Mediapres.az xəbər verir ki,  onun gəlişinin səbəbi "AVRO-2020"nin A qrupunda yer alan Türkiyə-İsveç oyununu izləmək olub.

Cemalcan Bakı və Bakı Olimpiya Stadionunda lentə aldığı görüntüləri 3 milyonluq rəsmi İnsaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, İtaliya və Uels millisinə uduzan Şenol Günəşin komandası bu oyunda da məğlubiyyətlə üzləşib. Qarşılaşma İsveçin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqaləyə dair fotomateriallar: