\
19 Aprel 2024 - Cümə

İki məşhur aktyor ortaq biznesə başlayır

İki məşhur aktyor ortaq biznesə başlayır
1481baxış

Türkiyəli məşhur aktyorlar, iki yaxın dost Çağatay Ulusoy və Kıvanç Tatlıtuğ ortaq biznesə başlayırlar.

Mediapress.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar Tekirdağda bir biznesmenin “Şərab kəndi” yaratmaq üçün aldığı torpağın 10 ha ərazisini alıblar.

Məşhurlar burada öz şərablarını istehsal edəcəklər.

Onlar ilk bir neçə il özləri üçün üzüm yetişdirib şərab hazırlayacaqlar. Sonradan mütəxəssislərdən keçərli qiymət alarsa öz bağlarından istehsal etdikləri şərabları markalaşdıracaqlar.

Qeyd edək ki, məşhur simalardan Bred Bittin Fransada, Devid Bekhemin isə Kaliforniyada üzüm bağları var.