\
22 Noyabr 2024 - Cümə

Baloğlan Əşrəfov necə ölüb? - Oğlu danışdı

Baloğlan Əşrəfov necə ölüb? - Oğlu danışdı
1631baxış

Xəstəliyin 18-ci günü rəhmətə getdi. Əvvəl yaxşı idi, birdən-birə halı dəyişdi. Məcbur etdik ki, həkimə gedək, razılaşmadı.

Mediapress.az Manset.az-a istinadla xəbər verir ki, bunu mərhum əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "Günün sədası" verilişində deyib.

"Mən də koronavirusa atamdan yoluxdum, çox ağır keçirtdim. Atam xəstəxanaya getmirdi. Öz arzusu oldu ki, evdə qalsın. Xəstəliyin 18-ci günü rəhmətə getdi. Əvvəl yaxşı idi, birdən-birə halı dəyişdi. Məcbur etdik ki, həkimə gedək, razılaşmadı. Dedi ki, məndən bezmisiniz evdən qovursunuz. 12-ci gün ağırlaşdı, evə aparat gətirdik. Dünyasını dəyişəndə həkim də var idi evdə. Atamda boğulma olmadı, başını qoydu və getdi. Ola bilər ki, ya şəkəri qalxdı, ya da qaraciyəri işləmədi. Qaraciyər köçürməsindən sonra ağır müalicə almışdı. Son 2 saatda halı çox pisləşdi, xəstəxanaya yığdıq ki, aparaq. Xəstəxanada yer hazır edildi. Amma təcili yardım çatdırmadı. Maşın həyətə çatanda dünyasını dəyişdi.

Hər zaman oğluma baxıb deyirdi ki, 70 yaşımı görməyəcəm. Kaş nəvəm bir az böyük olardı, efirlərə özümlə aparardım. Deyirdi, Baloğlanın (nəvəsi - red.) məktəbə getməyini görməyəcəm", - əməkdar artistin oğlu bildirib.