\
24 Noyabr 2024 - Bazar günü

Elza Müşfiqə şeir ithaf elədi: - "Gəl mənə əl çək"

Elza Müşfiqə şeir ithaf elədi: - "Gəl mənə əl çək"
1252baxış

"Ha-ha-ha-halardadır Müşfiq"

Mediapress.az Primetime.az-a istinadən xəbər verir ki, əməkdar artist Elza Seyidcahan 2018-ci ilin ilk şeirini yazıb.

İfaçının tanınmış şair Mikayıl Müşviqin anım gününə həsr etdiyi şeiri “Gəl mənə əl çək, Müşviq” adlanır.

E.Seyidcahan sözügedən şeirini M.Müşviqin “Rəssam” şeirinə ithafən yazıb.

 

Gəl mənə əl çək, Müşviq

6 yanvar anım günündür, Müşviq

Sənin o gün qanın axıbdır, Müşviq

Bu gün sənin məzarın yoxdur, Müşviq

Ramiz Rövşən demişdir ki, ay Müşviq

Milyon-milyon qəbir varsa,

Bir qəbirsiz şair varsa,

Üzündə bir sağ yer varsa,

Dünyanın tfu üzünə

Tfu üzünə dünyanın

Qələmlərdə yerin sənin

Kağızlarda, qəlblərdə

Könlümdə nə varsa

Açayım dağlara

O dillərdə bu dillərdə

Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə

Axı necə əl çəkim?

Qəhqəhələrdir Müşviq.

Ha-ha-ha-halardır Müşviq.

Məzaristanlardır Müşviq.

Məkanın cənnətdir, Müşviq.

Gəl məni çək

Məni sən çək

Çək mənə əl, can Müşviq

Ruhun şad olsun, Müşviq

Şad-Xürrəm otur, Müşviq.