Məşhur aktyor sağlığında özünə 16000 manatlıq məzar düzəltdirdi
1878
Aktyor məzarını çox bəyəndiyini və tezliklə ölmək istədiyini söyləyib. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, tanınmış aktyor Yaqub Yavru məmləkəti Amasiyada özü üçün qəbir hazırlatdırıb. Yavru mərmərdən hazırlanmış məzar üçün ümumilikdə 35 min lirə (təxminən 16 min manat) pul xərcləyib. Qəbrin ətrafında aktyorun portretləri və əşyalarının yerləşdirilməsi üçün xüsusi rəflər yerləşdirilib.
Aktyor bundan sonra da məzarı üçün yeniliklər düşündüyünü və daha çox xərc çəkəcəyini söyləyib: “Yerimi çox bəyəndim. Bu dəqiqə ölməyim gəlir. Məncə, xeyirli bir iş görmüşəm”.