\
20 Aprel 2024 - Şənbə

"Sen çal kapımı"nın aktrisası onu zorlayan atasını həbs etdirdi - FOTO

"Sen çal kapımı"nın aktrisası onu zorlayan atasını həbs etdirdi - FOTO
1570baxış

Türkiyənin məşhur "Sen çal kapımı" serialında çəkilən aktrisa Melisa Döngel atasını məhkəməyə verib.

Mediapress.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb atasının onu cinsi istismara məruz qoymasıdır.

Aktrisanın şikayətindən sonra atası tutularaq həbs olunub. Anası Döngelin 17 yaşlı bacısına baxmaq istəmədiyini söyləyib. Bundan sonra atası övladının ona verilməsini tələb edib.

Lakin Melisa "Atam bacıma da mənə etdiklərini edəcək, onu heç kimə vermirəm" deyə atasının bu istəyini rədd edib.

Atasının təcavüzə məruz qalan aktrisa yaşadığı travmaya görə psixoloji müalicə aldığını da etiraf edib.