\
23 Noyabr 2024 - Şənbə

Ərdoğan və Anar Məmmədov bir arada - Alişanın nikah şahidi oldular

Ərdoğan və Anar Məmmədov bir arada - Alişanın nikah şahidi oldular
1760baxış

Türkiyənin məşhur müğənnisi Alişanın aktrisa xanımı Busə Varolun xınası da mediada geniş müzakirələrə səbəb olub. Busə həm də bir-birindən fərqli geyimləri ilə gündəmə gəlib. 

Mediapress.az Qafqazinfo.az-a istinadən məlumat verir ki, gəlinin geyindiyi qırmızı libas Azərbaycanın eks-nazirləri- Ziya Məmmədovun gəlini və Heydər Əsədovun qızı Fəridə Məmmədovanın sahibi olduğu moda evinə məxsusdur.

Qeyd edək ki, Məmmədovlarla Alişanın yaxın münasibətləri var. Fəridənin həyat yoldaşı Anar Məmmədov da müğənninin nikah şahidlərindən biri olub.