Səfurə İbrahimovanın qardaşı qızının səs yazısı yayıldı - Audio
1835
Xəbər verdiyimiz kimi, aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ölümündə onun qardaşı qızı Könül İbrahimovanı ittiham edib.
"Səni axtarıram" verilişində K.İbrahimovanın bibisi haqda danışdığı səs yazısı yayımlanıb. Səs yazısında qızın bibisindən gileyləndiyi, ona çətinliklə baxdığı qeyd olunub:
"Öləndə bu yaşda ölsün. 84 yaşı var, yaxşı yeyib, gəzib. Məni çürüdüb, qalmışam pis. Məni yerdə yatızdırır. Bankda 300 min pulu var, deyirəm, bibi, bir yataq al yatım. Qonşu gəlir deyir ki, qız sənə baxır, heç bir qohum sahib çıxmır. Xəstələnirəm, bir banka zoğal mürəbbəsi almır. Deyir, orda heyva var, get ye. Deyirəm, milyonların var, ver gedim dərman alım. Pulqabısında 2-3 min pul var. Mənə fərqi yoxdur, it öldü bu öldü. Mənə dağ qoyur. Pis-yaxşı evim var, gəlib qalmışam burda".
Verilişdə K.İbrahimova ilə telefon bağlantısı qurmağa çalışılıb. O, telefona cavab versə də, danışmaq istəməyib.