Lider TV-dən uzaqlaşdırılan aparıcı yeni planlarından danışdı
1865
Bir müddətdir ki, sosial şəbəkələrdə geyimi və efirdə istifadə etdiyi qeyri-etik ifadələrə görə tənqid olunan “Yarasa” proqramının aparıcısı Könül Yusifqızı verilişdən uzaqlaşdırılması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com-a açıqlama verən teleaparıcı yeni layihə üzərində çalışdığını deyib: “Yarasa” proqramından uzaqlaşmağım doğrudur. Bu haqda geniş daha sonra danışacağam. Bu gün susmağı seçirəm. Yeni layihəm var, başım ona qarışıb. Tezliklə, yeni layihəmlə tamaşaçılarımın görüşünə gələcəyəm”.
Qeyd edək ki, verilişin yayımlandığı Lider TV-dən məsələyə belə münasibət bildirilib: “Proqram bundan əvvəl həftədə 3 dəfə yayımlanırdısa, indi bir dəfə efirə çıxacaq. Amma verilişin aparıcısı Könül Yusifqızı olmayacaq”.