\
26 Aprel 2024 - Cümə

Şəbnəmdən Vəfaya: "Onu çayxanada hamı tanıyır”

Şəbnəmdən Vəfaya: "Onu çayxanada hamı tanıyır”
1649baxış
Müğənnilər Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasındakı qalmaqal səngimək bilmir. V.Şərifova “Heç vaxt, heç yerdə” verilişində qonaq olarkən həmkarını heç dinləmdiyini, onun tərzdə oxumadığını söyləyib. Bundan başqa Ş.Tovuzlunun ünvanına sərt sözlər səsləndirib.
 
Ş.Tovuzlu V.Şərifovanın açıqlamasını cavabsız qoyub. Lakin o, mövzu ilə bağlı səssiz də qalmayıb. Müğənni İnstaqramda növbəti dəfə paylaşım edib. Bir izləyicisi “Səni qısqanırlar.  Vəfa deyir, ona qulaq asmaram. Görəsən, heç Vəfanı tanıyan varmı?” rəyini yazıb.
İfaçı sözügedən şərhi belə cavablandırıb:
“Hə. Onu çayxanada hamı tanıyır”.
Qeyd edək ki, iki müğənni bir müddət öncə iş adamı Famil Xəlilova görə qalmaqal yaşayıblar.