\
22 Oktyabr 2024 - Çərşənbə axşamı

Prezident Flora Kərimova ilə bağlı sərəncam imzaladı - “Şərəf” ordeni ilə təltif edildi və...

Prezident Flora Kərimova ilə bağlı sərəncam imzaladı - “Şərəf” ordeni ilə təltif edildi və...
1957baxış

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Mediapress.az-ın məlumatına görə, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.