\
25 Noyabr 2024 - Bazar ertəsi

"10 nəfər mənə və dostuma hücum etdi" - Türkiyəli müğənni - Video

"10 nəfər mənə və dostuma hücum etdi" - Türkiyəli müğənni - Video
1015baxış

Türkiyəli müğənni Yusuf Güney meşə yanğınlarının baş verdiyi ərazidə havaya silah açmasının səbəbinə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki,  müğənni  "Instagram" hesabında açıqlama yayaraq yanğınları söndürərkən məmurlar tərəfindən şiddətə məruz qaldığını bildirib:

"Meşələri qəsdən yanmağa tərk edən cahil insanlara söz dediyimə görə 10 nəfər mənə və dostuma hücum etdi. Sözdə meşənin bölgə müdirliyinin komandasından olduğu deyilən əxlaqsız canilərin əlindən qurtulmaq, can təhlükəsizliyimiz və dostuma hücum etdiklərini görüb, maşınımdakı silahı götürdüm. Bir vaxtlar, bəli, bunu heç vaxt açıqlamamışam, təhdid aldığım terrorçulardan qorunmaq üçün qeydiyyatda olan bu silahımla havaya 2 dəfə atəş açdım".

Qeyd edək ki, Yusuf Güney havaya atəş açdıqdan sonra polislər tərəfindən saxlanılaraq bölməyə aparılıb. İfadəsi alınan müğənni daha sonra sərbəst buraxılıb.