\
25 Aprel 2024 - Cümə axşamı

Reper Aslixan hansı türkiyəli həmkarları ilə işbirliyinə başlayır?! - Eksklüziv

Reper Aslixan hansı türkiyəli həmkarları ilə işbirliyinə başlayır?! - Eksklüziv
1548baxış

Azərbaycanın məşhur reperi Aslixandan yenilik var. .

Mediapress.az-ın məlumatına görə, gənc reperlərlə bərabər ərsəyə gətirdiyi "New School" albomundan sonra Aslixan daha bir albomla pərəstişkarlarının görüşünə gəlməyə hazırlaşır.

Qeyd edək ki, uzun müddətdir üzərində iş gedən bu albom 2021-ci ilin sonlarına yaxın onlayn şəkildə tamaşaçılara təqdim ediləcəkdir.

Bundan başqa, azərbaycanlı reperv daha bir yeniliyə imza atmağa hazırlaşır.

Belə ki, o, Türkiyədə qadın reper kimi tanınan Ayşe Betül və Offsweet ilə iş birliyinə başlayır. "Planımızda bir çox layihələri həyata keçirmək nəzərdə tutulmuşdu. Lakin karantin səbəbindən bir çoxunu təxirə salmaq məcburiyyətində qaldıq. Hal-hazırda daha bir layihə üzərində işləyirik. Qardaş Türkiyənin tanınmış qadın reperi Ayşe Betül və Offsweet ilə işbirliyimizin gözəl nəticə verəcəyinə əminəm. Tamaşaçıları yeniliklırimizlə təəccübləndirəcəyik. O ki qaldı "Euro" albomuna, o da karantinin qurbanı oldu, lakin yaxın zamanlarda bu albomumu Avropa ölkələrində online təqdim edəcəyəm" - . deyə Mediapress.az-a açıqlama verən Aslixan yeni mövsümdə izləyicilərinə verdiyi vədləri bir-bir həyata keçirəcəyini açıqladı.

Günel Ayxan