“Mən pul verib mükafat almıram” - Nuradan Tünzaləyə sərt cavab
1831
Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasında qalmaqal böyüməyə başlayıb.
Mediapress.az qafqainfo-ya istinadən xəbər verir ki, Tünzalənin “ATV maqazin onlarla” proqramında həmkarının ünvanına dediyi sözlərə qarşı tərəf cavab verib.
Nura Facebook-da əməkdar artistin keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşıb. O, həmkarı kimi pulla mükafat almadığını söyləyib:
“Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini “Youtube” və “Google”dən sildirib. Yəqin ki, öz yaddaşından da silib. Mən pul verib qran-pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. “Çox sağ ol” budur”.
Qeyd edək ki, Tünzalə Nura barədə belə açıqlama vermişdi: “Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.