“Yaqub Zurufçunun vəziyyətində heç bir dəyişiklik yoxdur” - Həyat yoldaşı
1606
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır.
“Vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər ötən gecə başının üstündə olublar, durumunu izləyiblər. Dünən ürəyində aritmiya olub. Bu gün normala düşüb və vəziyyəti stabil ağır olaraq qalır”, - o qeyd edib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.