Yaqub Zurufçunun vəziyyəti ağırlaşıb
1591
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
TƏBİB-dən Mediapress.az-a verilən məlumata görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb.