\
28 Noyabr 2021 - Bazar günü

“Park Cinema” və Latviya Səfirliyinin birgə layihəsində bu filmlər nümayiş olunacaq

“Park Cinema” və Latviya Səfirliyinin birgə layihəsində bu filmlər nümayiş olunacaq
1231baxış

Animasiyadan söhbət açarkən, Latviya bütün dünyada vizual povest üslubu və animasiya müəllifləri ilə tanınan super gücə malik kiçik bir ölkədir.

Bu il Latviya Respublikasının Bakıdakı Səfirliyi "Park Cinema" ilə birgə əməkdaşlıqla Azərbaycanda ilk dəfə olaraq "Kiçik bir millət- böyük Animasiya" adlı Festival təşkil edir.

Festivalın açılışı 15 noyabr bazar ertəsi saat 19:00-da "Park Cinema"-da (Flame Towers) olacaq. Açılışdan əvvəl saat 17:00-da Latviyanın məşhur animasiya filmləri rejissoru Vladimirs Leşçiovun iştirakı ilə jurnalistlər üçün brifinq keçiriləcək.

Açılış günü Vladimir Leşçiovun aşağıdakı filmləri nümayiş olunacaq:

Elektrikçinin Günü

Yeni ili gözləyirik

Yağışlı Günlər

Qanadlar və Avarlar

Latviya animasiyaları həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

 

Festival noyabrın 21-dək hər gün 2 seansla davam edəcək.

Festival çərçivəsində 16 noyabr saat 15:00-da "Park Cinema"-da Vladimir Leşçiov tərəfindən ustad dərsi təşkil olunacaq.

Biletlər üçün aşağıdakı linkə daxil olun:

https://iticket.az/events?q=&venue=163&start_date=&end_date=&price_min=&price_max=&sort=

Festival çərçivəsində Park Cinema Instagram səhifəsində Air Baltic-dən 2 bilet və "Park Cinema"- dan 2 bilet qazanmaq üçün müsabiqə açıq elan edilib.