\
25 Aprel 2024 - Cümə axşamı

“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olunub - FOTOLAR

“CinemaPlus”un qocaman əməkdaşı rəhbərlik tərəfindən təltif olunub - FOTOLAR
1427baxış

“CinemaPlus” kinoteatrın qocaman əməkdaşı Qennadiy Qasımov rəhbərlik tərəfindən təltif olunub. O, 55 illik təcrübəyə malik olan proyeksiyaçı idi. Onun karyera yüksəlişi əfsanəvi “Azərbaycan” kinoteatrının açıldığı gündən 1966-cı ildən 2012-ci ilə kimi davam edib: 2012-ci ildən 2016-cı ilə qədər – “28 Cinema”, 2016-cı ildən bu günə kimi - "CinemaPlus" kinoteatrı. Hər kəs eyni vəzifədə bu qədər uzun müddət işləməyi bacarmır.

Mediapress.az xəbər verir ki, Qennadiyin çox peşəkar və təcrübəli mütəxəssis olması müdiriyyət və həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Həmkarkar onu yalnız peşəkarlığına görə yox, həmdə insani keyfiyyətlərinə görə dəyərləndirirlər.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır