\
19 Mart 2024 - Çərşənbə axşamı

Türkiyənin tanınmış simaları "ParkCinema"da - Fotolar - Video

Türkiyənin tanınmış simaları "ParkCinema"da - Fotolar - Video
1602baxış
Türkiyənin "Ay Yapım" film şirkətinin ərsəyə gətirdiyi "Benden Ne Olur?" filminin Bakıda premyerası keçirilib. 
Mediapress.az-ın məlumatına görə, filmdə rol alan türk ulduzları premyeranın keçirildiyi "Flame Towers"ə toplaşıblar. 
Filmin yaradıcı heyətindən Hazal Kaya, Selin Şekerci, Leyla Atay, Enis Arıkan və filmin ssenari müəllifi Aslı Kızmaz artıq yerli media nümayəndələri ilə görüşüblər. 
 
Hazal Kaya Bakıda - Sputnik Azərbaycan, 1920, 21.01.2022
 
Hazal Kaya i pandemiya vəziyyətində filmin çətin çəkilişləri ilə bağlı açıqlama verib. "İki dəfə COVID-19-a yoluxdum. Çətin idi, amma buna baxmayaraq biz çəkilişlərimizi etdik. Çox həyəcanlıyıq, ümid edirəm, azərbaycanlı tamaşaçılar da filmimizi bəyənəcəklər".