İki xalq artistləri arasında çəkişmə nə yerdədir? - Məhkəmə qərarı
1841
Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.
Xatırladaq ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib. (apa)