\
23 Noyabr 2024 - Şənbə

Günay İbrahimli və anası ''Bandotdel''ə çağırılıb? - AÇIQLAMA

Günay İbrahimli və anası ''Bandotdel''ə çağırılıb? - AÇIQLAMA
2515baxış

Müğənni Günay İbrahimli və anasının Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə xəbər yayılıb.

Bu haqda məlumatı Criminal.az saytı yazıb.

Məlumata görə xanım sponsoru Günay İbrahimlini külli miqdarda pulunu mənimsəməkdə ittiham edir. İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekanallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb.

Şikayət əsasında G.İbrahimli və anası idarəyə çağırılaraq izahatı alınıb. Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyyətli ifadələr veriblər. Hazırda BMCMİ-də araşdırma aparılır, şahidlər dindirilir.

Günay İbrahimlinin mətbuat katibi KIV-nə bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirimir: "Boş söhbətdir, yalandır. Bu xəbərlərin heç bir əsası yoxdur. Güay İbrahimli hazırda Türkiyədədir, özü də bu haqda "instagram"da "story" paylaşıb. Yazılan xəbərlər boş və əsassızdır. Günay özü bu haqda açıqlama verməyəcək”.

Mediapress.az