\
27 Aprel 2024 - Şənbə

“Oskar” gecəsində dava düşdü - VİDEO

“Oskar” gecəsində dava düşdü - VİDEO
1643baxış
“Oskar” mükafatının təqdimat mərasimi zamanı qalmaqal baş verib.
 
Məşhur aktyor Uill Smit səhnəyə çıxaraq aparıcını vurub.
 
Buna səbəb isə aparıcı, komediya ustası Kris Rokun Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitlə bağlı zarafatı olub. Belə ki, aparıcı zarafatla alopetsiya xəstəliyi səbəbindən saçları tökülən Uill Smitin xanımının “möhtəşəm saç düzümünüz var" deyib.
 
Bu zaman Uill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Efirlərdən dərhal səs kəsilsə də zalda əyləşənlər Uillin söyüşlərini eşitməli olublar.
Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".